Kosmik fəaliyyət sahəsində təhsil önəmlidir - Deputat
9 İyun 2023 13:13 Siyasət"Kosmik fəaliyyət haqqında" qanun layihəsi çox sadə hazırlanıb, diqqət edilməli olan sahələr var. Bu, elə bir sahədir ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsini bura transfer etmək olmayacaq". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib: "Bu sahədə təhsil önəmlidir. Kosmik sahədə xaricdə təhsil alan mütəxəssislər cəlb olunmalıdır. Eyni zamanda burada dövlət sirrindən, təhlükəsizlikdən söhbət gedir. Dövlətin dəstəyi ilə mütəxəssislərin yetişdirilməsi vacibdir. Bu adi sahə deyil ki, göndərib qardaş Türkiyədə yetişdirəcəyik. Lazım gələndə biz mütəxəssisləri Amerikaya və digər ölkələrə göndərəcəyik. Ona görə də buna diqqət yetirmək lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31