Ombudsman 180 min manat məbləğində icbari sığorta ediləcək
9 İyun 2023 13:12 Siyasətİnsan hüquqları üzrə müvəkkil (ombudsman) 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək. Olaylar xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilənnövbədənkənar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsidə öz əksini tapıb. Dəyişikliklə qanuna yeni bənd (16.6-1) əlavə olunur. Yeni bəndə əsasən, müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta ediləcək.
Qeyd edək ki, Ombudsmanın aylıq vəzifə maaşı 3060 manatdır. Qanuna dəyişiklik səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31