Hansı müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq?
9 İyun 2023 13:08 SiyasətDövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. Olaylar xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qeyd edək ki, hazırda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakına dair müddəa yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31