Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır - ÖZƏL
17 Mart 2023 10:17 Siyasət"Azərbaycan-Almaniya ticari-iqtisadi əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir.Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin məlumatına əsasən, 2020-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65% təşkil etmişdir. İki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 2020-ci ildə 818 milyon dollar, 2021-ci ildə 1 milyard 285 milyon dollar, 2022-ci ildə 1 milyard 255 milyon dollar olub. Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində 8-ci sırada, idxalda daha çox paya malik olan ölkələr arasında isə 664 milyon dollar göstərici ilə 4-cü yerdədir" . "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, Almaniya şirkətləri Azərbaycanda sənaye, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət, xidmət və digər sahəsində fəaliyyət göstərirlər. Azırbaycan 30 il işğal altnda olmuş raziləri azad etdikdən sonra bu əlaqələrin genişləndirilmsinə yeni şanslar yaranıb: "Bununla belə son vaxtlar Cənubi Qafqaz regionundakı proseslərə yanaşmada Almaniyanın mövqeyində münasibətlərimizə xələl gətirən xoşagəlməz meyllərin özünü göstərməyə başlamışdı. Bu özünü Almaniya Kansleri Olaf Şoltsin martın 2-də Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında daha qabarıq şəkildə göstərmiş oldu.Ona görə də yeni dövrün reallıqları və Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi kontekstində Almaniyanın Azərbaycan siyasətində və Qarabağa münasibətdə mövqeyində müəyyən korrektələrin edilməsinə zərurət yaranmışdı".