Ermənilər və ruslar əlbir olaraq, Azərbaycan torpaqlarında daha çox insanın zərər görməsi üçün çalışırlar - ÖZƏL

"Ermənilərin basdırdığı minalar hələ uzun müddət can almağa davam edəcək, insanlarımızı öldürəcək, şikəst edəcək və bu azmış kimi ermənilər əllərində olan fürsətdən hələ də istifadə edərək, müharibə bitdikdən sonra istehsal edilmiş yeni minaları yeni ərazilərdə gizli şəkildə basdırmaqla məşğuldurlar".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Təəssüflər olsun ki, onların bu əməlləri həyata keçirməsinə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşmiş Rusiyanın sülhməramlı qüvvələri göz yumur. Hətta bəzən mən düşünürəm ki, onlar ermənilərə bu işlərdə kömək də edir. Bu isə ondan xəbər verir ki, ermənilər və ruslar əlbir olaraq, Azərbaycan torpaqlarında daha çox insanın zərər görməsi üçün çalışırlar. Əlbəttə ki, bütün dünya bunu görməli, uyğun şəkildə reaksiya verməlidir. Özəlliklə də, mina problemləri ilə məşğul olan təşkilatlar, eləcə də insan haqları ilə məşğul olan təşkilatlar ermənilərin və rusların əlbir şəkildə Azərbaycan insanını məhv etmə əməliyyatlarına reaksiya verməlidir. Amma təəssüflər olsun ki, biz tam əksini müşahidə edirik. Azərbaycanın üzərinə gəlinir, Azərbaycan ittiham edilir, Azərbaycanın hətta ermənilərə qarşı soyqırım törətdiyi iddia olunur və s. Əlbəttə ki, bu da dünyanın önündə gedə güc sahiblərinin ikiüzlülüyündən başqa bir şey deyil. Ona görə də, əsas vəzifə, məsuliyyət məhz bizim, azərbaycanlıların və Azərbaycan dövlətinin üzərinə düşür. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizim hamımız əl-ələ verərək, həm ermənilərə, həm də ruslara yerini göstərməliyik. Yəni, Azərbaycan torpaqlarını mina zibilliyinə çevirən erməni-rus tandemi nəhayət ki, başa düşməlidir, Azərbaycana qarşı bu cür əməlləri dayandırmağa məcburdurlar. Onsuz da başqa çıxış yolları yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31