Paşinyan devrilməkdən qorxduğu üçün Aİ missiyasını ərazisində yerləşdirir - ÖZƏL
16 Fevral 2023 16:42 Siyasət"Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətdən devriləcəyindən qorxduğu üçün Avropa İttifaqı ölkələrinin mülki missiyası adı altında polis və jandarm qüvvələrini ölkə ərazisində yerləşdirir". Bu fikirlər "Xəbər Mərkəzi" Analtik Qrupunun açıqlamasında yer alıb. Mərkəzdən "OLAYLAR"-a daxil olan açıqlamada qeyd edilib ki, Rusiya hazırda Ermənistanda Paşinyandan daha çox Vardanyana üstünlük verdiyi üçün erməni baş nazir separatçı iş adamının onun yerinə hakimiyyətə gətiriləcəyindən ehtiyyat edir: "Nikol Paşinyanın son aylarda açıq şəkildə Rusiya əleyhinə mövqe ortaya qoyması, Avropaya yaxınlaşması Kremldə müsbət qarşılanmayıb. Bu günlərdə rusiyalı iş adamı kimi tanınan Vardanyanın sülhməramlıların əıi ilə Moskavaya aparılması və sonradan geri qaytarılması onu deməyə əsas verir ki, Kreml Ermənistanda hakimiyyət dəyişikliyi üçün düyməyə basıb və Moskva Ermənistanda Paşinyanın devrilərək onun yerinə Vardanyanın gətirilməsində maraqlıdır. Paşinyan isə öz postunu qorumaq üçün məhz Avropanın Ermənistana gəlməsini çıxış yolu kimi görüb". Analitik Qrup hesab edir ki, Aİ-nin mülki missiya adı altında Ermənistana gələn polis və jandarm qüvvələri əslində Azərbaycanla sərhəddən daha çox, Paşinyanın hakimiyyətini qoruyacaqlar.