İran Azərbaycana qarşı açıq düşmənçiliyə keçib

İranın Azərbaycana qarşı olan düşmən münasibəti hər gün özünün yeni təzahürlərini ortaya çıxarır. 30 il müddətində Azərhaycan ərazilərininj erməni işğalı altında saxlanması üçün işğalçı, eyni zamanda xristian Ermənistanına hər cür dəstək verən, onu ayaqda saxlayan İran, indi də Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi reallığını heç cür qəbul edə bilmir, ciddi cəhdlə yenidən Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmanın baş verməsinə yönəlik fəaliyyətlər ortaya qoyur. Ermənistanın Azərbaycana qarşı yeni bir müharibəyə başlaması üçün onu həvəsləndirir, eyni zamanda silahlandırır. Müntəzəm olaraq İran rəsmilərinin istər Tehranda, istərsə də İrəvanda səsləndirdikləri bəyanatlar da öz-özlüyündə Ermənistanda müharibə əhval-ruhiyyəsini artırır, onu revanşizmə sürükləyir. Hətta molla rejimi Azərbaycana qarşı döyüş meydanında belə savaşmağı o şeytan ağlından keçirir. Əslində Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu Tehranın Azərbaycanın ərazisinə müdaxiləsi anlamını verirdi. Diplomatik qaydalara görə, bir ölkənin hər hansı digər ölkədə olan diplomatik nümayəndəliyi həmin ölkənin ərazisi hesab edilir. Bir qədər də dəqiqləşdirsək, Azərbaycanın İrandakı səfirliyi elə Azərbaycan ərazisi sayılır. Deməli, səfirliyimizə edilən hücum məhz ərazilərimizə edilən hücum deməkdir. Yəni, səfirliyimizə hücumla İran Azərbaycana qarşı savaş açdığını açıq-aşkar ortaya qoymuş oldu. Elə səfirliyə edilən terror hücumundan bir qədər sonra SEPAH-ın Ermənistan ordusu ilə birlikdə Laçın və Qubadlı istiqamətindən Azərbaycan ərazilərinə hücum edəcəyi barədə yayılan xəbərlər də, molla rejiminin məkirli və çirkin plan üzərində işlədiyini təsdiqləmiş oldu.

Bütün bunlar bir tərəfdən Azərbaycan kimi güclü bir dövlətin İranla qonşuluqda olmasından meydana gələn qısqanclıqla irəli gəlirsə, digər tərəfdən farsizmin Azərbaycan türkünə olan nifrətindən qaynaqlanır. İranın Azərbaycan türkünə o qədər nifrəti, qeyri-insani münasibəti elə bir həddədir ki, hətta Güney Azərbaycanda baş verən zəlzələdən zərər çəkən soydaşlarımıza belə heç bir yardım göstərmir, onları qarlı-şaxtalı havada zəruri ərzaq məhsullarından belə məhrum edir. Bu azmış kimi təbii fəlakətdən zərər çəkən insanlara yardım göstərmək üçün Azərbaycan və Türkiyədən olan təşəbbüslərə rejim mənfi münasibət sərgiləyir, bu yardımlara şərait yaratmır.

Tehranın bu qeyri-insani münasibətinə diqqət çəkən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki,  İran fars rejimi və onun manqurtlaşdıra bildiyi soydaş hesab olunmalı olan, amma farsdan çox fars olan yuyulmuş beyinli əlaltılarının Azərbaycan düşmənçiliyinin kökündə tarixi Türk idarəçiliyinin onlarda yaratdığı xof dayanır.  Onun sözlərinə görə, əsrlərlə Türk idarəçiliyini farsların düşüncəsində yaratdığı deformasiya elə bir hal yaradıb ki, onlarda səbəb olmadan Türk irqinə qarşı düşmənçilik ideologiyası formalaşdırıb: "Əhəməni və Sasani fars imperiyalarının davamçıları ilə eyni düşüncədə olan uydurma "böyük Tiqranın" davamçıları olan ermənilərin bir-birini dəstəkləməsinin kökü Türk düşmənçiliyidir". Azər Qasımov onu da deyib ki, İran rejimi çox hiyləgər regimdir6 "İndiki məqamda Ermənistanı Azərbaycana qarşı gərginliyə sürükləməkdə məqsəd iki ölkə arasında sülhə mane olmaq, Zəngəzur dəhlizinin açılması üçün şəraitin yaranmasına mane olmaqdır.  30 il idi ki, Azərbaycan və Ermənistan arasında daima müharibə şəraiti var idi, amma onda İran rejimi müharibənin əleyhinə idi. İndi isə Azərbaycan torpaqlarını azad edəndən sonra İran müharibə istəyir. Açıq şəkildə deyirlər ki, Azərbaycan torpaqlarının işğalda qalması İrana sərf edirdi. Hesab etmək olar ki, İran rejimi artıq Azərbaycana düşmən rejim olduğunu sübut etdi. Bu günə kimi Ermənistan açıq düşmən idisə, indi İran da bunu bəyan edib, gizli düşmənçilikdən açıq düşmənçiliyə keçib. Amma Ermənistan nə vaxtsa Azərbaycana dost olacaq, amma İran fars rejimi həmişə düşmən olaraq qalacaq. O vaxta kimi ki, Azərbaycan İranın şimalını azad edərək fars rejiminin mövcudluğuna son qoyacaq. Bu, dünya güclərinə bir işarəyə bənddir ki, proses ciddi fazaya daxil olsun".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31