Ermənistanın yeni təklifləri Azərbaycan tərəfindən qəbul edilməyə bilər - ÖZƏL

"Ermənistan Baş naziri hökumətin iclasında Azərbaycana sülh müqaviləsinin təkliflərini verdiyini və Azərbaycanın da maraqlarına cavab verməli olduğunu vurğulayıb. N.Paşinyan bu mövqeyi ilə  "ədalı və qalib"  ölkə kimi danışır. Halbuki məğlub olan, kapitulyasiyaya imza ataraq ordusu darmadağın edilən bir ölkənin lideridir. Onun belə bir çıxış etməsi Fransa və Avropa İttifaqının siyasi dəstəyindən irəli gəlir". "Olaylar"ın məlumatına görə, MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, N. Paşinyan Azərbaycanla danışıqlarda irəliləyiş olduğunu da vurğulayıb. Hazırda bu danışıqlar üçüncü tərəfin iştirakı olmadan Bakı və Yerevan arasında birbaşa reallaşır: "Ermənistanin irəli sürdüyü təkliflərdə Qarabağa dair bənd yer alır və bu bənd əsasən, təhlükəsizlik və hüquqi məsələləri əhatə edir. Ümumiyyətlə, Ermənistanın Qarabağla bağlı təklifləri qəbuledilməzdir və bu məsələ Azərbaycanın daxili işidir. Ermənistanın təklifləri və danışıqlarda irəliləyiş hərhansı bir prosesə müsbət təsir etməyəcək. N. Paşinyan vaxt qazanmağa çalışır və sülh müqaviləsinin bağlanmasına tələsmir. Ermənistanın yeni təklifləri Azərbaycan tərəfindən qəbul edilməyə bilər.. Son günlər Rusiyada prosesdə aktivlik nümayiş etdirir və əsas məqsəd Yerevanla Bakı arasında birbaşa təmasın qarşısını almaqdır. Rusiyanın bu siyasətinin qarşısını prezident İlham Əliyev alacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31