Paşinyanın açıqlamaları gözə kül üfürməkdən başqa bir şey deyil - ÖZƏL

"Paşinyanın sülh anlaşmasının mətni üzərində növbəti mərhələni də tamamlayıb təklifləri ilə birgə Bakıya təqdim etmələri haqda son açıqlaması  gözə kül üfürməkdən və boşboğazlıqdan başqa bir şey deyil.  Ermənistan rəhbərliyi Münxen konfransı öncəsi  bununla guya sülhə hazır olduqlarını, anlaşmanın mətni üzərində ciddi işlədiklərini  sərgiləmək niyyəti güdür. Əslində isə məqsəd məsləhət verənlərinin təkidi ilə  geosiyasi vəziyyət onların xeyrinə dəyişənədək  danışıqlar prosesini uzatmaqdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, belə görünür ki, Paşinyanla komandası ikinci Qarabağ savaşından gərəkən dərsi çıxarmayıblar. Yenə də 3 il öncə deyilənlər təkrarlanır, guya bunlar elə bir sülh anlaşması istəyirlər və təklif edirlər ki, orada "bütün tərəflərin maraqları nəzərə alınıb":  "Bir halda ki, onlar qərbdəkilərin də tez-tez dilə gətirdikləri hərtərfli  sülh anlaşmasına tərəfdardırlar gedir, maraqlıdır, Paşinyanla  məsləhət verənləri sayları Qarabağdakı haylardan bir neçə dəfə çox olan soydaşlarımızın Ermənsitandakı yurd yerlərinə dönüşünün orada  əksini tapmasını istəyirlərmi, buna hazırdırlarmı? Əlbəttə yox.  Bəs onda o, hansı məntiqlə Qarabağa açıq iddianın, örtülü iddia ilə əvəzlənməsini,  yaxın perspektivdə olmasa da, orta və uzaq perspektivdə yenidən "miatsum" deyə bağrılmasını ön görən təkliflərin bizim də maraqlarımıza cavab verdiyini deyir?  O, aralarında Fransa kimi Azərbaycana  qarşı düşməncəsinə siyasət yeridən dövlətin olduğu Minsk qrupu həmsədrlərini yenidən oyuna qoşmaq cəhdlərinin nə anlam daşıdığını dərk etməyəcək qədər əbləhdirmi? Paşinyan əgər tezlikə sülhə hazırdırsa, onda Praqa danışıqlarından sonra planlaşdırılan Brüseel gürüşünü "Fransa Prezidenti orada olmasa, məndə getməyəcəm",- deyərək niyə pozdu. Avropa Birliyi platformasında keçiriləcəyindən həmən görüşdə moderatorluğu  Şarl Mİşel edəcəkdi, elə isə Makron Ermənistan baş nazirinin nəyinə lazım idi, hansı funksiyanı yerinə yetirəcəkdi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31