Türk xalqının nə qədər həssas və insan olduğunu hər kəs gördü - ÖZƏL

"Türkiyə tək ürək" yardım kompaniyası çərçivəsində telemorofon keçirilib və 115 milyard TL, (10 milyard manatdan çox) pul vəsaiti toplanıb. Bu vəsait məlum 6 fevral zəlzələsinin vurduğu ziyanların aradan qaldırılması üçün istiqamətlənəcək.

"OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı siyasi şərhçi Çingiz Şahbazi deyib ki, çox böyük göstəricidir:

"Türk xalqının nə qədər həssas və insan olduğunu hər kəs gördü. Bu, ölkənin bir neçə adamdan ibarət olmadığını göstəricisidir.  On minlərlə burjua ailələrin nümayəndələri, xalqına necə sahib çıxmasını və belə bir təbəqənin ölkə üçün nə qədər vacib olduğunu göstərdi. Türkiyə və xalqı, nəinki Azərbaycan üçün, bütün dünya üçün, insanlıq üçün bir nümunə sərgiləməkdədir"..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31