Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var
17 Yanvar 2023 13:10 Siyasət"Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi və Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı etdi. Aydın məsələdir ki, İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri hər nə qədər işgüzar xarakterli olsa da, bir çox baxımdan diqqət çəkdirdi".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şurası və İH-nin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var:
"Son illərdə Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, Ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub deyə bilərik. Bunu Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə işgüzar səfərə getməsi də təsdiqləyir. Eyni zamanda o da vurğulanmalıdır ki, Ərəb ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə ediblər".
Natiq onu da deyib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir: "Məlumdur ki, Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir".