Siyasi sistemin daha da təkmilləşdirilməsi istiqamətində mütərəqqi addım - ÖZƏL

"Siyasi partiyalar haqqında" yeni Qanunun yaradılması da dövrün tələblərindən irəli gəlib. Venesiya komisiyasının ən mühüm tövsiyələrindən birində qeyd olunur ki, "Siyasi partiyalar haqqında" qanunlar açıq və şəffaf şəkildə qəbul olunmalıdır. 

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Anar Məmmədov səsləndirib. O bildirib ki, ölkədəki formalaşmış yeni mühit və konfiqurasiya siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilikdə də müəyyən dəyişikiklərin edilməsi baxımından mövcud "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirilməsi bir çox baxımdan böyük əhəmiyyət kəsb edir: "Qanun layihəsinin hazırlanması prosesində dünyanın aparıcı 20 ölkəsinin təcrübəsi və Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alındı. Yeni qanun layihəsinin ictimai şəkildə müzakirə edilməsi, ümumilikdə siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin prosesə cəlb edilməsi mövcud problemlərin həlli və siyasi sistemimizin daha da təkmilləşdirilməsi istiqamətində atılmış mütərəqqi bir addım kimi qiymətləndirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31