Azərbaycan kifayət qədər bərpaolunun enerji potensialına malikdir - ÖZƏL

Prezident İlham Əliyevin  Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxış region və dünya dövlətlərinin diqqət mərkəzində olub. Dövlət başçısının xüsusilə enerji təhlükəsizliyi və bərpaolunan enerji ilə bağlı fikirləri maraqla qarşılanıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub: "Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir". Dövlət başçısı əlavə edib ki,  bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir: "Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik".  
"Olaylar"ın məlumatına görə, Prezident İlham Əliyevin Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsilə bağlı söylədiyi fikirlər ölkəmizin iqtisadi inkişafının əsas göstəricilərindən biri hesab olunlaıdır. Nəzərə almaq lazımdır ki, Cənub Qaz Dəhlizi başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Məhz bu kimi amillər Azərbaycanın öz enerji təhlükəsizliyinin təmin olunmasını təsdiq edir. Artıq ölkəmiz enerji sahəsində bir sıra Avropa ölkələri ilə əməkdaşlıq edir. Məhz bu baxımdan Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planı xüsusi əhəmiyyət kəsb edir. Məlumat üçün qeyd edəjk ki, Azərbaycan Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi üçün kifayət qədər potensialı mövcuddur. İşğaldan azad olunmuş ərazilərdəki potensial bu imkanı daha da artırmış olur. Azərbaycan Prezidentinin dünya dövlətləri, o cümlədən BƏƏ-də keçirdiyi görüşlər və aparılan müzakirələr ölkəmizə bərpa olunan enerji sahəsində daha çox sərmayə və texnologiyanın cəlb edilməsinə imkan verəcək. Sözsüz ki, bu imkanlar Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının formalaşmasına öz töhvəsini vermiş olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31