Ermənistan yeni təxribat törədə bilər - ÖZƏL
17 Yanvar 2023 10:20 Siyasət"Ermənistan aprel ayında hərbi təxribatlara əl atması gözlənilir. Hindistan hərbiçiləri Zəngəzurda Ermənistanın yeni hərbi hissələrində yeni döyüş silahlarınin təlimini keçirirlər. Ermənistan yenidən təxribatlara əl atarsa, Azərbaycan Zəngəzur dəhlizini hərbi güclə açacaq". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, yeni hərbi eskalasiya Ermənistanin biabırçı məğlubiyyəti və sülhə aparan bir proses ola bilər: "Hazırda Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsində maraqlı deyil. Bəzən deyilir ki, Ermənistan təxribatlara getməz. Amma, biz daima bunun şahidi olmuşuq. Ermənistan hakimiyyəti nə taktiki, nə də strateji ağıla sahibdir. Bu ölkənin təməl siyasəti Azərbaycan fobiyadir və bundan sonra da bu siyasət davam edəcək".