Bu səfər ərəb ölkələri ilə əlaqələr qurmağa çalışan Ermənistana yerinin göstərilməsidir - ÖZƏL

"Cənab Prezident İlham Əliyevin son zamanlarda ərəb dövlətlərinin toplantılarına, bu günlərdə isə  Birləşmiş Ərəb Əmirliklərinə dəvət olunmasının dərin mənası vardır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, bu bir daha göstərir ki,  beynəlxalq aləmdə şəxsi nüfuzu yüksək olan cənab Prezident ərəb ölkələrində də arzuolunan və görüşülmək istənilən zəmanəmizin görkəmli dövlət xadimidir: " Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edərək fəaliyyəti ilə təkcə təşkilatın deyil, ona üzv olan dövlətlərin beynəlxalq çəkisini, dünya siyasətində rolunu artırıb, bu isə yaradıldığı vaxtdan bəri Qoşulmama Hərəkatının tarixində nadir hadisədir.  Ötən ilin sonlarında BMT Təhlükəsizlik Şurasında Fransa və Ermənistanın Azərbaycan əleyhinə hazırladıqları qətnamə layihəsinə veto qoyan dövlətlərdən biri olan BƏƏ və bütövlükdə ərəb dünyası üçün Azərbaycan Respublikası vacib ölkədir. Bu səfər ərəb ölkələri ilə əlaqələr qurmağa çalışan Ermənistana yerinin göstərilməsidir.  Azərbaycan olan yerdə Ermənistan ərəb dünyası ilə əlaqələrdə yalnız axırdan birinci yerdə ola bilər. BƏƏ ilə bütün sahələrdə əməkdaşlıq genişləndirilir. Enerji sahəsində əməkdaşlıq ölkəmizdə alternativ enerjnin tətbiqinə və qazdan istifadənin azalmasına, daxildə və ixracatda yeni imkanların yaranmasına gətirəcəkdir. Dünya siyasətində Azərbaycanın yeri daha da möhkəmlənəcək və rolu artacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31