Qarabağ erməniləri arasında hakimiyyət davası böyüyəcək
16 Yanvar 2023 12:55 Siyasət"Dünən axşam Vardanyan- Arutunyan- Paşinyan arasında münaqişənin açıq fazaya keçirilməməsi qərara alındı. Lakin, bu gerçəkliyi dəyişmir. Son 4 gündə Vardanyanın teleqram kanalları Arutunyanın imicinə zərbə vurmaq üçün əllərindən gələni etdilər. Dünən dayanmaq qərarına gəlsələr də, əslində hər şey hələ indi başlayır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, Ermənistanda olduğu kimi, Qarabağ erməniləri arasında da hakimiyyət davası böyüyəcək: "Ən çətin vəziyyətdə isə, bu gedişlə Paşinyan qala bilər. Həm hakimiyyəti üçün, həm Azərbaycanla danışıqlarda ciddi pressinq qarşısında qalacaq. Bu arada, rəsmi Bakı Vardanyanla bağlı qəti mövqeyini aidiyyatı beynəlxalq subyektlərə çatdırıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31