AŞPA-nın payız sessiyası işinə başlayıb
10 Oktyabr 2022 14:14 SiyasətBu gün AŞPA-nın payız sessiyası işinə başlayıb. Həftə ərzində AŞPA-nın Büro və Daimi komitələrinin işi haqqında hesabat dinləniləcək. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva məlumat verib. Bildirib ki, eyni zamanda, Qərbi Balkan ölkələri üçün Avropa perspektivinin dəstəklənməsi, Avropa Şurasına üzv dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiya kimi sui-istifadə etməsi, Türkiyə, Macarıstan, Rumıniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması, əmək hüquqlarına yenidən baxılması, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması və digər məsələlər müzakirə olunacaq.