Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək - ÖZƏL

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ədliyyə orqanlarında yubiley tədbirlərinin yüksək səviyyədə təşkili məqsədilə ədliyyə nazirinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, dövlət başçısı tərəfindən 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması nın Heydər Əliyev dühasını, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini bir daha dərindən təhlil etməyə, dövlətçilik amallarını, yüksək ideyalarını yeni nəsillərə aşılamağa imkan yaradır. Bu məqsədə nazirlikdə Prezidentinin müstəsna tarixi əhəmiyyətə malik Sərəncamından irəli gələn vəzifələr müəyyən edilib. Nazirlik tərəfindən Heydər Əliyevin amallarının öyrənilməsinə və təbliğinə hər zaman xüsusi önəm verilib. Bu müqəddəs mirasın qorunub saxlanılması hər bir azərbaycanlının, o cümlədən ədliyyə işçilərinin şərəfli vəzifəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31