Azərbaycanın nəinki regionda, dünyada mövqeyi güclənməkdədir

"Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısında iştiraka dəvət edilməsi, bu toplantıda Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü və bu görüşdə əldə edilən nəticələr bunu deməyə əsas verir ki, dünyada baş verən və sürətlə dəyişməkdə olan geosiyasi vəziyyət Azərbaycanın nəinki regionumuzda, mübaliğəsiz demək olar ki, dünyada mövqeyini getdikcə gücləndirməkdədir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Təkamül Partiyasının sədri Teyyub Əliyev səsləndirib. O bildirib ki, qeyd edilən görüşdə əldə edilən razılaşmalar Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasına gətirib çıxara bilər: "Ermənistanın Azərbaycanla sərhəddində Aİ-nin mülki missiyasın yerləşdirilməsi haqqında əldə edilən razılaşmalar belə deməyə əsas verir. Ümidvarıq ki, Azərbaycan Prezidentinin düşünülmüş, qəti mövqeyi (Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib) ölkəmizin mənafelərinə uyğun nəticələrin əldə edilməsinə gətirib çıxaracaqdır. Fikrimizcə, Praqa görüşünün nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsi hesab etmək olar"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31