İşğaldan azad olunmuş hər bir ərazimiz Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək - ÖZƏL
10 Oktyabr 2022 11:30 Siyasət"Vətən müharibəsi bizim şanlı tariximiz, qürur və iftixar mənbəyimizdir. Bu qəhrəmanlıq dastanı, eyni zamanda, gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir". Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, rəşadətli Ordumuzun Zəfər yürüşünün hər günü tarixi hadisələrlə zəngindir. Bunlardan biri də Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsidir: "İşğaldan azad olunmuş hər bir ərazimiz Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək. Prezidentimizin qətiyyətli siyasəti, dövlətimizin gücü, xalqımızın həmrəyliyi bunu mümkün edəcək! Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirələrini böyük hörmət və ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31