Deputatımız Parlamentlərarası İttifaqın Assambleyasına qatılacaq
10 Oktyabr 2022 10:44 SiyasətMilli Məclisin deputatı Ramin Məmmədov Parlamentlərarası İttifaqın145-ci Assambleyasında iştirak etmək üçün oktyabrın 10-da Ruanda Respublikasının paytaxtı Kiqali şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, Assambleya çərçivəsində keçiriləcək tədbirlərdə gender bərabərliyi, onun parlament aspektləri və bu sahədə parlament fəaliyyətləri, həmçinin miqrasiya dərəcəsi yüksək olan ölkələrinyerli və regional inkişafında, insan alveri və insan hüquqları pozuntusuna qarşı mübarizədə parlamentlərin rolukimi mövzularda müzakirələr aparılacaq. Assambleyanın sonunda müzakirə olunacaq məsələlərlə bağlı yekun sənədin qəbul edilməsi gözlənilir. Səfər oktyabrın 15-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31