"Ermənistan Azərbaycanda terror törədir" - Fəxrəddin İsmayılov

"Ermənistan Azərbaycanda terror törədir, onlar tərəfindən basdırılan minalar günahsız insanlara zərər verir".

Olaylar.az bildirir ki, bu barədə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov tviterdə yazıb.

"Ağdam rayonunda son mina partlaması nəticəsində daha 2 mülki şəxs xəsarət alıb. 2020-ci ildə münaqişənin başa çatmasından sonra mina partlayışları nəticəsində 259 azərbaycanlı həlak olub və ya yaralanıb", - paylaşımda qeyd edilir.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31