ƏRAZİLƏRİMİZ BƏRPA OLUNACAQ, VANDALLIQ DÜŞMƏNƏ QALACAQ
7 Oktyabr 2022 16:59 SiyasətOktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABİTAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi"-postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva forumun açılış mərasimində iştirak ediblər. Forumda dövlətimizin başçısı ilk öncə başda BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru hörmətli Maimuna Mohd Şərif və digər qonaqları salamalayaraq, onlara Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkana xoş gəlmişsiniz,- deyib. Dövlət başçısı Azərbaycan Milli Şəhərsalma forumunda çıxış edərək bildirib: "Bir zamanlar həyat dolu şəhərdən heç nə qalmayıb. O, dağıdılb, işğal dövründə dağıdılıb. Mən həmçinin bizimlə birgə olduqlarına, Qarabağ regionunun bir zamanlar ən böyük şəhəri olan Ağdama nə olduğunu görmək və keçmiş məcburi köçkünləri öz evlərinə qaytarmaq üçün bizim həyata keçirdiyimiz və qarşıdakı illərdə planlaşdırdığımız işləri görmək üçün buraya gəldiklərinə görə müxtəlf ölkələrdən olan qonaqlarımıza,- forumumuzda 40-dan çox ölkənin nümayəndələri iştirak edirlər,- minnətdarlığımı ifadə etmək istərdim." Otuz ildən artıq mənfur, təcavüzkar, faşist və vandal xislətli Ermənistan tərəfindən işğala məruz qalan ərazilərimiz barədə məlumat verən dövlətimizin başçısı İlham Əliyev cənabları daha sonra demişdir: "Burada - Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Bilirəm ki, qonaqlarımz buraya təyyarə ilə yeni tikilmiş Füzuli Hava limanına gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənitsan dövləti müxtəlif ölkələrdən olan erməmiləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur" ATƏT-in üzdəniraq Minsk qrupunun və digər beynəlxalq qurumalırın münaqişənin həlli üçün ikili mövqelərinə münasibət bildirən Prezident İlham Əliyev demişdir: "İşğalçılıq siyasəti yeritməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışqlar heç bir nəticə olmadan 28 il davam etdi. Nəticə faktiki olaraq sıfır idi. BMT, ATƏT kimi aparıcı beynəxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə bizim Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətimizə baxmayaraq biz buna nail ola bilmədik. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə, müəyyən mənada göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-in mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər edib, bütün şəhər və kəndlərin qəddarcsına dağıdılasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşmasının şahidi olublar. Lakin Ermənistanı qınamayıblar... Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib."
Məhz möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyəti və siyasi iradəsi ilə 2020-ci ilin sentyabr ayının 27-də başladığımız 44 günlük Vətən müharibəsində düşmən qüvvələrini darmadağın edərək müqəddəs topaqlarımzı işğaldan azad etdik. Bu gün xalqımız böyük qürür və sevinc hissi keçirir ki, məhz doğma Qarabağımızda BMT-nin Məsküunlaşma Proqramı (UN HABİTAT) və Dövlət Şəhəralma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf məqsədləri" və "Yeni Şəhər Gündəliyi"- postmünaqişə dövründə bərpa və ynidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhəralma forumu işə başayıb və bununla da doğma Qarabağımızın dinamik və sürətlə bərpa olunacağının daha bir mühüm mərhələsinə start veriləcəkdir. Dünyanın 44 ölkəsindən 130-dan çox nümyəndənin foruma gəlişi onu göstərir ki, Azərbaycanla, müstəqil dövlətimizlə hərtərəfli əməkdaşlıq etməyə hazır olan ölkələr vardır. Bunu Forumda çıxış edən BMT-nin Məskunlaşma Proqramının İcraçı direktoru xanım Maimuna Mohd Şərifinin ölkə başçısna xitbən dediyi:- "Zati-aliləri Prezident İlham Əliyevin himayəsi altında Azərbaycan hökumətinin təşkil etdiyi ilk Milli Şəhərsalma Forumunda iştirak etmək mənim üçün böyük şərəfdir" ifadəsi bir daha təsdiq edir.
Ramiz HƏMİDOV,
YAP Yevlax rayon təşkilatının fəalı