Edillidə törədilən vəhşilik Bolqarıstan mətbuatında

Olaylar.az xəbər verir ki,Xocavənd rayonunun Edilli xəndində aşkar edilən kütləvi məzarlıq dünyanın bir çox ölkəsində həmçinin, Bolqarıstan mətbuatında da geniş şəkildə işıqlandırılıb. 

Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildirilib ki, ölkənin aparıcı xəbər agentləri məzarlıqdan tapılan sümüklərin birinci Qarabağ müharibəsində qətlə yetirilən Azərbaycan əsgərləri olduqlarını bildiriblər. Müharibədə 4000 soydaşımızın itkin düşdüyünü və Ermənistanın onların tapılması ilə bağlı əməkdaşlığı rədd etdiyi bildirilib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən bu ilin fevral ayından etibarən Edilli kəndindəki kütləvi məzarlıqdan 25 nəfərin nəşinin aşkar edildiyi açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31