Ermənistan sülhdən qaça bilməz! - ÖZƏL

"Əslində Praqada masa savaşı gedir. 44 günlük müharibədə qalib olduğumuz kimi, masada da qalib görünməkdəyik". Bunu "Olaylar"a açıqlamasında deyən Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, amma Azərbaycan hələlik tam şəkildə istəklərinə çatmayıb: "Çünki hələ bunun Ermənistan tərəfindən tam təsdiqlənməsi üçün hüquqi cəhətdən sənədləşdirilməsi lazımdır. Lakin həm Azərbaycan üçün, həm də Ermənistan üçün çox düzgün və uğurlu addımdır. Həmçinin, beynəlxalq hüquqa uyğun qərardır. İndi yeni mərhələ başlayır! Ermənistan sülhdən qaçammaz! Ermənistana sülh müqaviləsi imzaladacağıq! Ermənistanın tək çarəsi Azərbaycanla razılaşmaqdır. Bu görüş sülh müqaviləsinə təkan verdi. Ümüd edək ki, yaxın zamanlarda istəyimizə nail olacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31