Millət vəkili erməni terror təşkilatları barədə danışıb - ÖZƏL - FOTO

Millət vəkili, professor Musa Qasımlı Türk Tarix Qurumunun XIX konqresində erməni terror təşkilatlarının fəaliyyəti barədə məruzə edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Türk Tarix Qurumunun dörd gün davam edən və 24 ölkədən 233 alimin məruzə etdiyi XIX konqresinin bağlanış toplantısında Qurumun başkanı prof. dr. Birol Çetin və bir neçə türk tarixçisi ilə birlikdə dəyərləndirmə etdik. Aşağıdakı  problemlərin araşdırılmasının vacibliyini və əhəmiyyətli olacağını diqqətə çatdırdım: XIX əsrin sonlarından Birinci Dünya müharibəsinə qədər erməni terror təşkilatlarının kürdlər əleyhinə fəaliyyətləri;  həmin dövrdə erməni terror təşkilatlarının Şərqi Anadoluda və  Cənubi Qafqazda rus, gürcü, alman və yəhudi əsilli Rusiya məmurlarına qarşı terror aktları; Ermənistanda antisemitizm və sair".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31