BMT Azərbaycanın keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması niyyətini dəstəkləyir - Quido Ambrozo
6 Oktyabr 2022 19:22 SiyasətBMT Azərbaycanın keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş ərazilərə qaytarılması niyyətini dəstəkləyir.
Olaylar.az trend-ə istinadən bildirir ki, bunu BMT-nin qaçqınların işi üzrə ali komissarın nümayəndəsi Quido Ambrozo Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
Onun sözlərinə görə, bu, uğurlu və dayanıqlı həll yoludur.
"Böyük qayıdış proqramı çərçivəsində Azərbaycan hökuməti qarşısında uzunmüddətli həll qismində tikinti və bərpa, minaların təmizlənməsi, eləcə də bütün sosial təbəqələr üçün cəlbedici şəhər mərkəzlərinin yaradılması üzrə böyük hədəflər dayanır", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31