Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşa çevrilib - ÖZƏL

"Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-birilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji əməkdaşlıq haqqında  Birgə Bəyənnamə əməkdaşlığımızın davamlılığını  təmin edib". Bunu "Olaylar"a deyən Yardımlı rayon Dəlləkli kənd tam ota məktəbin derektoru Zaur Abasovun sözlərinə görə, ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir: "Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq  indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Azərbaycan qazı artıq Bolqarıstandadır. Bolqarıstanda ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub. Azərbaycanın əlindən gələni edir ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin. Yunanistan-Bolqarıstan  Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor Azərbaycan qazının Avropaya daha geniş miqyasda  nəql olunmasına imkan verəcəkdir. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq  haqqında  Momerandumunun böyük əhəmiyyəti var. Momeranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə  artıracaqdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 triliyon kubmetrdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31