"Toplu məzarlığın beynəlxalq səviyyədə nümayişi Ermənistana qaçacaq yer qoymur"- ÖZƏL
6 Oktyabr 2022 15:48 Siyasət"Kütləvi məzarlıqlar Ermənistanın nə qədər insanlıqdan uzaq, insan əxlaqının mövcüd olmadığı bir cəmiyyətə sahib olduğunu göstərir. Bir dövlət insanın daxili orqanlarını çıxarıb xarici dövlətlərə satırsa, o ölkə üçün insanlıqdan bəhs etmək boşunadır. İnsanı sadəcə soykökünə görə (türk olduğuna görə) öldürmək haqqını özündə görmək insanlıq üçün utancdır. Bu hadisələr sadəcə Ermənistana yox, onun havadarlarına da utanc verməlidir. İnsan ən şərəfli varlıqdır. Ancaq, insan pozulursa, ən vəhşi heyvandan daha qəddar olur. Bu gün erməni cəmiyyətində bunu müşahidə edirik. Belə vəhşiləşən toplum xüsusilə qonşu ölkələr üçün çox böyük təhlükədir".
Bu sözləri Olaylara açıqlamasında politoloq Natiq Miri deyib:
Son dövrlər ermənilər saxta videolarla beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy yaratmaq istəyir. Tapılan məzarlıq yenidən bütün dünyaya göstərdi ki, ermənilər bu gün və ya dünən deyil, əsrlər boyu terrorla məşğul olan toplub olub. Bunun beynəlxalq səviyyədə nümayişi Ermənistana qaçacaq yer qoymur. Məzarlığın tapılması bizi haqlı çıxarmaqla yanaşı mövqelərimizin möhkəmlənməsinə şərait yaradır. Azərbaycanın birinci Qarabağ müharibəsində 4000 ə yaxın vətəndaşı itkin düşərək, Ermənistanda yoxa çıxıb.Həmin insanların taleyi haqqında Ermənistan məlumat vermək istəmir. Buna görə də bütün beynəlxalq tədbirlərdə bununla bağlı məsələ qaldırılır. Ancaq, Ermənistanı bu baxımdan heç bir ölkə tənqid etmir. Növbəti toplu məzarlığın tapılması ilahi ədalətin təcəssümüdür.