Sahibə Qafarova Mustafa Şentopla görüşüb
6 Oktyabr 2022 15:44 SiyasətTürkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında görüş keçirilib."Olaylar" xəbər verir ki, bu barədə Şentop özünün "Twitter" hesabında məlumat paylaşıb. Qeyd olunub ki, görüş G20 Parlament Sədrləri (P20) Zirvə Toplantısı çərçivəsində İndoneziyanın paytaxtı Cakartada baş tutub. Tərəflər Türkiyə-Azərbaycan münasibətləri və regional hadisələri müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31