Ağdamda Milli Şəhərsalma Forumunun keçirilməsi Azərbaycan dövlətinin qüdrətinin nümayişidir

Azərbaycan dövləti əzmlə, qətiyyətlə işğaldan azad edilən əraziləri yenidən qurur, onu abadlaşdırır, müasir görkəmə gətirir. Əslində yenidən qurur da demək doğru olmaz. Çünki erməni işğalı altında olan illərdə həmin ərazilərdə nəinki daş daş üstünə qoyulub, əksinə mövcud olan bütün infrastruktur dağıdılıb, xarabalığa çevrilib. Nəinki işğal dövründə şəhər və rayonlarımızdakı iaşə obyektləri, yaşayış binaları məhv edilib, eyni zamanda onun yeraltı və yerüstü sərvətləri, ekologiyasına qarşı terror siyasəti həyata keçirilib. Hazırda isə Azərbaycan dövləti, şəxsən Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu vandallığı aradan qaldırmaq, Qarabağda həyatı bərpa etmək istiqamətində çalışır. Elə bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Ağdamda Milli Şəhərsalma Forumunun keçirilməsi də bu məqsədə xidmət edirdi. Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bu qənaətdədir. Millət vəkili bildirib ki, bu gün ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tərəfindən  işğaldan azad olunmuş torpaqlarımızda sürətli bərpa qurucluq işləri həyata keçirilir. Onun sözlərinə görə, 30 illik erməni vandalizminə məruz qalmış işğaldan azad olunmuş torpaqlarımız dövlətimizin gücü və qüdrəti hesabına qısa müddət ərzində cənnətə çevrilməkdədir: "Bununla yanaşı artıq işğaldan azad olunmuş rayonlarımızda bir sıra tədbirlər də keçirilir. Oktyabrın 5-də Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Forumda çıxış edən ölkə başçımız cənab İlham Əliyev Ağdamda və ümumlikdə işağdan azad olunmuş ərazilərimizdə törədilən erməni vandalimzi, Ermənistanın Azərbaycana qarşı törətdiyi terror haqqında ətraflı şəkildə məlumat verdi və  ATƏT-dən mandatı olan Minsk qrupunun bütün bunlara göz yumduğunu, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışdığını vurğuladı. Ermənistanın şəhər və kəndlərimizi viran qoymasına, vətəndaşlarımızın çəkdiyi zülmlərə baxmayaraq Azərbaycan tərəfinin Ermənistana sülh təklif etdiyini diqqətə çatdıran Ali Baş Komandanımız cənab İlham Əliyev, növbəti dəfə Qarabağın Azərbaycan olduğunu və Azərbaycanın  daxili işləri ilə bağlı məsələləri heç vaxt, heç bir beynəlxalq qurum və ölkə ilə müzakirə etmədiyini qətiyyətlə bəyan etdi. Eyni zamanda Azərbaycan Lideri Ermənistanın sülh prosesinə mane olmasından və bunun üçün müxtəlif bəhanələrə və taktikalara əl atmasından danışdı. Daha soran Azərbaycan Prezidenti cənab İlham Əliyev artıq Böyük Qayıdış proqramının başladığını bildirərək, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması ilə bağlı verdiyi sözə əməl etdiyi üçün fəxr etdiyini qürur hissi ilə qeyd etdi".

Sədaqət Vəliyeva bildirib ki, bu gün hər bir azərbaycanlı dünyada öz gücü və yüksək nüfuzu ilə seçilən qalib Azərbaycan dövlətinin vətəndaşı olduğu üçün fəxr edir: "Eyni zamanda hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, onun uzaqgörən, müdrik, gecə-gündüz xalqı üçün çalışan, verdiyi hər bir vədi yerinə yetirən, beynəlxalq aləmdə böyük nüfuza malik İlham Əliyev kimi Prezdenti var: "Ümumilikdə Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun işə başlaması, Azərbaycan dövlətinin qüdrətinin nümayişi olmaqla yanaşı, həm də onu göstərdiki işğaldan azad olunmuş ərazilərimiz qısa müddətdə cənnətə çevrilməkdədir və bu ərazilər regionun inkşafına böyük təkan verəcəkdir. Əgər Ermənistan Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirməsə bu inkşafdan geri qalacaq və itirən tərəf olacaqdır. Hər bir şey gün kimi aydın və göz qabağındadır.  Bir tərəfdə - sülhsevər, humanist, ədalətli, inkşafa və tərəqqiyə aparan siyasət yürüdən, dünyada yüksək nüfuza, gücə və etibara malik qüdrətli Azərbaycan dövləti, digər tərəfdə isə terroru, vandalizmi dəstəkləyən, dalana dirənmiş, daxili və xarici böhranın hökm sürdüyü, dünyada heç bir nüfuza, gücə və etibara malik olmayan Ermənistan dövləti".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31