Baş nazir Xəzər dənizinin dayazlaşma probleminə diqqət çəkib - FOTO

"Xəzəryanı dövlətlər üçün dənizin dibinin dərinləşdirilməsi istiqamətində daimi işlər aparılmalıdır".

Bunu 2-ci Xəzər İqtisadi Forumunda çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Xəzər üzərindən beynəlxalq daşımalardan danışan Əli Əsədov dayazlaşma probleminə diqqət çəkib.

Qeyd olunub ki, Xəzəryanı dövlətlər üçün dənizin dibinin dərinləşdirilməsi istiqamətində daimi işlərin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yaranıb. Yüklərin tam həcmdə daşınmasının təşkili üçün bu problemin həllinin zəruriliyi vurğulanıb.

 

trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31