Belçikalı diplomata Ermənistanın təxribatları barədə məlumat verilib - ÖZƏL

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev Belçikanın bu ölkədə Birləşmiş yeni səfiri Anton Delkort ilə görüşüb.
Səfirlikdən "OLAYLAR"-a bildirilib ki, səfir Mahir Əliyev Ermənistanın son hərbi təxribatları haqqında danışıb, artıq həllini tapmış Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və 44 günlük Vətən Müharibəsi haqqında həmkarına geniş məlumat verib. M.Əliyev Prezident İlham Əliyevin çıxışlarına istinad edərək, sülh danışıqlarının gedişatı haqqında da Belçikalı həmkarına məlumat verib.
Səfir Anton Delkort Azərbaycan və Ermənistan arasında münasibətlərin tezliklə normallaşması istiqamətində Belçikanın da səy göstərdiyini qeyd edərək, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan müzakirələrin müsbət nəticələnəcəyinə inandığını qeyd edib.
Görüş zamanı Azərbaycan və Belçikanın Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərinin inkişaf səviyyəsi haqqında məlumat verilib və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31