Gələn ay Brüsseldə Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşü keçiriləcək

Noyabr ayında Brüsseldə Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.

Olaylar.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında Praqada keçirilən görüşdə gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub.

Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31