Dördtərəfli görüş nə vəd edir? - ÖZƏL

"Praqa görüşünə Azərbaycan tərəfi növbəti dəfə güclü tərəf kimi qatılır. Dörd tərəfli görüşdə Fransanın təmsil olunması əsasən, rəsmi Yerevanın istəyi ilə baş tutub. Fransa prezidenti E. Makron Ermənistanın mövqeyini müdafiə edəcək". Bunu "Olaylar"a deyən  MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Avropa İttifaqı prezidenti Şarl Mişelin vasitəçilyi ilə keçirilən dörd görüşdə məhz Azərbaycanın təklifləri əsasında danışıqlar prosesi keçib. Brüssel dörd görüşdə  beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın mövqeyini müdafiə edib. Fransanın porseslərə qatılması Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi ilə nəticələnə bilər: 
"Rəsmi Bakı belə formatda Fransanın təmsilçiliyinə etiraz etməlidir. Çünki, Avropa İttifaqı prosesi aparır. Rəsmi Parisin danışıqlar formatında olması sühün əldə edilməsinə mane olacaq. E. Makron tam erməni lobbisinin təlimatı ilə hərəkət edir. Ona görə də bu formatda danışıqlar müsbət olamyacaq. Praqada keçirlən görüşdə Türkiyə Fransanı neytrallaşdıra bilər. Qeyd edim ki, Azərbaycanı Türkiyə müdafiə etdiyindən, Fransa prezidenti Türkiyənin regionda iştirakını neytrallaşdırmaq üçün Ermənistanı siyasi olaraq müdafiə edir. Türkiyənin rolu burada əsasən sabitləşdiricidir. Brüssel görüşündən ciddi nəticə nəticə gözlənilmir. Xarici işlər nazirlərləri sülh müzakirələrini davam etdirəcək. Gələn ay Brüsselin vasitəçiliyi ilə liderlərin görüşünün keçirilməsi razılaşdırılacaq. Bu görüşdən sonra Azərbaycan Ermənistana növbəti dəfə əsirləri qaytara bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31