Milli maraqlar həmişə üstün olmalıdır - ÖZƏL
6 Oktyabr 2022 12:56 Siyasət"Zamanında quru sərhədlərinin açılmaması barədə qərar veriləndə buna etiraz edir, müxtəlif yalan, uydurma dolu fikirlər səsləndirirdilər. Ancaq nəzərə almaq lazımdır ki, məhz zamanında atılmış həmin düşünülmüş addım hesabına biz COVİD-19 xəstəliyini cilovlaya bildik". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Rüfət Quliyev səsləndirib. Millət vəkili bildirib ki, nəticə etibarilə xəstəliyə yoluxanların sayı azaldı, sağalanların sayında isə artım müşahidə edildi: "Bizim üçün vacib olanı budur. Başa düşürəm ki, bunun bizə iqtisadi təsirləri də var. Ancaq bütün halda mili maraqlar həmişə üstün olmalıdır. Bizim üçün milli maraq, 10 milyon, yaxud 50 milyon azərbaycanlının marağı hər şeydən üstündür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31