Borrel Azərbaycanın delimitasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı təklifini dəstəkləyib

Brüssel bu ayın sonuna qədər "sərhəd komissiyası"nın iclasını keçirmək istiqamətində çalışır.

Olaylar.az bildirir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

"Biz diplomatik səylərimizi əsirgəmirik. Əlimizdə olan resursları səfərbər edirik", - deyə J.Borrel qeyd edib.

Xatırladaq ki, Azərbaycan Ermənistana dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın üçüncü iclasını əvvəlcədən planlaşdırıldığı kimi noyabrda deyil, oktyabrda keçirməyi təklif edib. Görüşün Brüsseldə keçirilməsi planlaşdırılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31