"30 il ərzində mina qurbanlarının sayı 3 336-ya çatıb" - Xarici işlər naziri Ceyhun Bayramov

Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur.

Olaylar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Twitter"də qeyd edib.

"Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb. Bunların 257-si 2020-ci il müharibəsindən sonrakı qurbanlardır", - nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31