Ermənistan vaxt udmağa çalışır - ÖZƏL
5 Oktyabr 2022 16:16 Siyasət"Ermənistan tərəfi 44 günlük Vətən müharibəsindən əvvəl olduğu kimi, yenə də vaxt udmağa, sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışır. Ancaq düşünürəm ki, Ermənistanın cəhdləri mənasızdır. Çünki bütün halda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov bildirib. O qeyd edib ki, Ermənistandan fərqli olaraq dünya birliyi, beynəlxalq təşkilatlar da regionda sabitliyin bərqərar olmasından, sabitliyin yaranmasından yanadır: "Bu bir tərəfdən də Azərbaycana olan tələbatdan irəli gəlir. Bildiyimiz kimi, Azzərbaycan Avropanın enerji təhlükısizliyində mühüm rol oynayır. Hazırda Rusiya ilə qarşıdurma həddində olan Avropa üçün yeganə alternativ enerji mənbəyi Azərbaycandır. Əgər regionda yenidən münaqişə yaranarsa, təbii ki, Avropanın enerji ilə təminatında ciddi problemlər yaranacaq. Ona görə də indi Ermənistandan fərqli olaraq hər kəs tezliklə sülh müqaviləsinin imzalanmasını istəyir".
Politoloq deyib ki, sülh müqaviləsinin imzalanması Ermənistanın özünə daha çox lazımdır: "Çünki Ermənistanın gıləcəyi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan asılıdır".