Azərbaycan təhlükəsizliyini təmin etmək üçün sülhə məcburetmə əməliyyati keçirə bilər - Politoloq
5 Oktyabr 2022 13:45 Siyasət"Prezident İlham Əliyev Ağdamda çıxışında ATƏT Minsk qrupunu qondarma qrum və Ermənistanın işğalinı leqallaşdırılmasına xidmət etdiyini qeyd etdi. Artıq belə bir vasitəçiyə ehtiyac olmadığını elan etdi". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Prezident bunula da ABŞ, Fransa və Ermənistanın Minsk qrupunun yenidən fəaliyyətə başlamaq istəklərinin üzərindən xətt çəkdi. Rəsmən Minsk qrupunun fəaliyyətindən imtina olundu. Bu, o deməkdir ki, Qarabağ münaqişəsi yoxdur: "Prezident Ermənistanın danışıqlarda manipulyasiya etdiyini də vaxtı uzatdığını onlara baha başa gələcəyi mesajını verdi. Əgər, Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin detallarını müzakirə edirsə, prosesdə real irəliləyişlər olmasa, Azərbaycan Ermənistana ciddi hərbi zərbələr endirəcək. Çünki, Ermənistan bu kimi danışıqlarda vaxt qazanaraq strateji yüksəklikləri işğal etməyə çalışır. Ona görə də Azərbaycan təhlükəsizliyini təmin etmək və preventiv addımlar atmaqla sülhə məcburetmə əməliyyati keçirə bilər. Prezident İlham Əliyev tərəfindən Ermənistana ciddi mesajdır. Prezidentin Ermənistana verdiyi mesajlar, mesaj kimi boşuna deyilmir. Ciddi nəticələri olur".