Cənab Prezidentin müdrik siyasətini dəstəkləmək lazımdır - ÖZƏL

"Bu gün elələri var ki, yalnız boş-boş danışmaqdan, hakimiyyəti, hökuməti haqsız yerə, heç bir əsası olmadan tənqid etməkdən başqa heç nə bilmir. Onlara sual etmək istərdim ki, məgər biz ölkəni Ukraynanın vəziyyətinə salmalıyıq? Bizdə də aclıq, səfalət, qırğın olsun? Ona görə də cənab Prezidentin müdrik siyasətini dəstəkləmək lazımdır". Bu fikirləri "OLAYLAR"-a Milli Məcılisin deputatı Rüfət Quliyev səsləndirib. Millət vəkili bildirib ki, dövlətin işinə qarışmaq lazım deyil: "Bir neçə gün əvvəl də Milli Məclisin qarşısına toplaşıb haray-həşir salmağa çalışdılar. Cəmi 70 nəfər adam yox idi, ancaq İsa Qəmbər sosial şəbəkədə şəkil paylaşıb ki, aksiyada minlərlə adam iştirak edib. Həmin aksiya zamanı mən parlamentin qarşısında idim. Nə üçün həmin minlərlə adamı görə bilmıdim? Ona görə də yalan danışmaq, yalan vədlər vermək doğru deyil. Siz insanları, xalqı hara, nəyə dəvət edirsiniz? Biz müdrik xalqıq və bizim müdrik rəhbərimiz var. O, öz işini kifayət qədər yaxşı bilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31