Qarabağ və ətraf bölgələrdə torpağın altı belə məzarlıqlarla doludur - ÖZƏL

"Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb: 12 hərbçiyə aid olduğu ehtimal edilən skeletlərin əl və ayaqlarının məftillə bağlandığı məlum olub". "Olaylar" xəbər verir ki, bunu detən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Qarabağ və ətraf bölgələrdə torpağın altı belə məzarlıqlarla doludur: "Dünyanın bunları görməməsinə vərdiş etmişik, son sərhəd toqquşmasından sonra Azərbaycanı ittiham edən ölkələrin bu məzarlıq faktının da üzərindən keçəcəyi bəllidir. İndi yeni trend özümüzdən olanların da məsələ biz olanda səssiz qalanlara qoşulub Azərbaycanı "təcavüzdə", "erməni əsgərinə qarşı hərbi cinayətlər"də ittiham etməsidir. Ki, onlar da bu məsələdə heç nə olmamış kimi davranacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31