Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona zəng edib.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Tacikistan Prezidentini yubileyi münasibətilə təbrik edib, ona Tacikistan xalqının firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Emoməli Rəhmon göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31