Şagirdlərin hazırlığında xüsusi nailiyyətləri ilə fərqlənən bir qrup təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib
4 Oktyabr 2022 14:53 SiyasətPrezident İlham Əliyev Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən aşağıdakı təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adı verilib:
Kərimov Nazim Baxış oğlu
Qarayev Fuad Abdurahman oğlu
Quliyev Rafiq Meyxoş oğlu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31