Ermənistan mülki vətəndaşları da hədəf seçir - ÖZƏL
4 Oktyabr 2022 11:36 SiyasətVətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından iki il ötür. "Olaylar"ın məlumatına görə, millət vəkili Pərvin Kərimzadə bildirib ki, 2020-ci il oktyabrın 4-də Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub: "Cenevrə Konvensiyasının tələbləri pozulmaqla, cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhərinin raket atəşinə tutulması nəticəsində şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terror aktları nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib".