İsrailin müdafiə nazirinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır - ÖZƏL
4 Oktyabr 2022 10:40 Siyasət"İsrailin müdafiə nazirinin Azərbaycana səfəri yalnız hərbi deyil, eyni zamanda starteji münasibətlərin inkişafı baxımdan da vacibdir. Bir sıra xarici dairələrdə ölkəmizə qarşı kampaniyanın aparıldığını nəzərə aldıqda qarşılıqlı səfərlər xüsusi əhəmiyyət daşıyır". Bunu "Olaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, son illər iki ölkə arasındakı iqtisadi əlaqələrin də güclənməsi müşahidə olunur: "İsrailin Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdən olduğunu nəzərə aldıqda bu münasibətlərin dərinləşməsi üçün hər zaman geniş imkanlar olub.
2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 928.4 milyon dollar olub. 2022-ci ilin ilk 7 ayında isə ticarət dövriyyəsi 1.027 milyard dollara çatıb ki, bu da ötən ilki illik dövriyyədən də çoxdur. İsrail şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərində sərmayə qoyluşuna da dəvət olunub. Kənd təsərrüfatı daxil olmaqla fərqli sahələrdə əməkdaşlıqlar nəzərdə tutulur".