Məlum video Cenevrə görüşündə erməni tərəfinin əlini gücləndirmək üçün gündəmə gətirilib - ÖZƏL

Oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə bir neçə saat qalmış o videonun çıxması onu deməyə əsas verir ki, video görüş öncəsi erməni tərəfinin əlini gücləndirmək üçün araya buraxılıb. "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva səsləndirib. O bildirib ki, bizim ölkədə də bunun üçün "ictimai qınaq" lobbiçiliyini aparanlar bu məqsədə xidmət edib: "Ondan qat-qat ağır görüntüləri olan, bizim əsgərə qarşı müharibə cinayətləri olan videonu qoyub, qarşı tərəfinikini paylaşmaq isə sadəcə əclaflıqdır. Bu müharibə cinayətlərinə etiraz idisə , ikisinə də etiraz olunmalı idi"...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31