Milli Məclisin deputatları Avstriyaya səfər edəcəklər
1 Oktyabr 2022 16:10 SiyasətMilli Məclisin deputatları, Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili və qrupun üzvü Nurlan Həsənov Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə oktyabrın 2-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.
Olaylar xəbər verir ki, səfər çərçivəsində deputatlarımızın parlamentdə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə qarşılıqlı parlamentlərarası əlaqələrin perspektivləri və ikitərəfli münasibətlərin gələcək inkişafı barədə müzakirələr aparılacaq.
Səfər oktyabrın 4-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31