Bayramov-Mirzoyan görüşündə bu məsələlər gündəmdə olacaq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla onun ermənitanlı həmkarı Ararat Mirzoyan arasında Cenevrədə keçiriləcək görüşdə sərhədlərin dəlimitasiya və demarkasiya məsələsi, Zəngəzur dəhlizinin perspektivi, həmçinin yekun sülh müqaviləsinin elementlərinin müzakirə ediləcəyi gözlənilir.

"OLAYLAR" xəbər verir ki, bu fikirləri -Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov səsləndirib. O bildirib ki, süsusilə sərhədlərin müəyyənləşdirilməsi məsələsi Cenevrə görüşündə gündəmdə olacaq:

"Çünki son hadisələrdən sonra Ermənistan başa düşdü ki, bu proses ən çox onun özünə lazımdır. Beləliklə, oktyabrın 2- də dəlimitasiya və demarkasiya ilə bağlı müəyyən razılıqlarını əldə olunacağı ehtimalı var. Ümumiyyətlə, düşünürəm ki, yekun sülh müqaviləsinin imzanması yaxın perspektiv üçün realdır. Amma ondan əvvəl sülhə məcbur etmə əməliyyatı baş tutacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31