Deputat rüsumlara yenidən baxılmasını təklif edib
30 Sentyabr 2022 15:53 Siyasət"İşğaldan azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən məktəblərin tikilməsinə başlanıb. Orada Qarabağ Universitetinin tikilməsi də nəzərdə tutulub"."Olaylar" xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. Deputat qeyd edib ki, "Gömrük Tarifi haqqında" qanuna təklif edilən dəyişiklik çox az müddəti əhatə edir: "Ya da azad olunmuş ərazilərdə məktəblər tikiləndən sonra bu qanuna yenidən baxılmalıdır. Çünki azad olunmuş ərazilərdə tikilən məktəblərin müasir avadanlıqlarla təmin edilməsi çox mühüm məsələdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31